Çərşənbə , İyul 8 2026
azfa

Kürd terrorçular “Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәlәrdә terror aktı törәtdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın şimalında ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat Qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә törәdilәn terror aktları nәticәsindә 2-si  mülki vәtәndaş olmaqla 10 nәfәr hәlak olub.

Türkiyənin hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ vә  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatları nәticәsindә YPQ/PKK terrorçularından tәmizlәnәn Suluk vә Çobanbәy bölgәlәrindә terror aktları törәdilib.

Tel Abyadın cənub-şərqindəki Suluk bölgәsindә münalanmış avtomobil ilә törәdilәn terror  aktı nәticәsindә bir mülki vәtәndaş hәlak olub yeddi nәfәr dә xәsarәt alıb.

Türkiyə-Suriya sərhədindəki Çobanbәy bölgәsinin  cənubunda isə  yol kәnarına yerlәşdirilәn bombanın  partlaması nәticәsindә bir nәfәr hәlak olub, üç nәfәr dә xәsarәt alıb. Xәsarәt alanların Çobanbәydәki xәstәxanaya çatdırıldığı bildirilib.

Bölgәyә Suriya Milli Ordusunun hәrbçilәri vә tәhlükәsizlik qüvvәlәri cәlb olunub.

Terror aktlarının terror tәşkilatı YPQ/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyi bildirilir.

Həmçinin yoxlayın

SENTKOM İrana yeni hücum dalğası barədə məlumat verdi; Hörmüz boğazında ticarət gəmilərinə hücumlara cavab olaraq 80-dən çox hədəf vuruldu

GADTB: ABŞ Mərkəzi Komandanlığı (SENTKOM) yaydığı video ilə ABŞ qüvvələrinin İranda yeni hücum əməliyyatları mərhələsini …

Ərdəbildə üç azərbaycanlı fəala ittiham elan edilib; bir aylıq həbs qətimkan tədbiri seçilib

GADTB: Azərbaycanlı fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi 1405-ci il tir ayının 7-də …

Bir cavab yazın