Çərşənbə , İyul 15 2026
azfa

Aylıq Arxivlər: İyun 2026

Əli Cənnəti: İranda yenidən etirazların baş verməsi ehtimalı var

GADTB: İranın keçmiş mədəniyyət və islami irşad naziri Əli Cənnəti “Xəbər Onlayn” saytına müsahibəsində bildirib ki, gələcəkdə iqtisadi və sosial-məişət problemləri səbəbindən İranda yenidən kütləvi etirazların baş verməsi mümkündür. O deyib ki, əvvəlki təcrübələri nəzərə alaraq, hakimiyyət “xarici düşmənlə əlaqəli ünsürlərin” ölkəyə daxil olmasına və onun ifadəsi ilə desək, “keçmişdə …

Ətraflı oxu »

Kürd terror təşkilatların Tehrana quru əməliyyatını rədd edib, Urmiyaya doğru irəliləmə təklif etdikləri bildirilir

GADTB: Amerikanın Səsinin fars bölməsinin “Omq-e Meydan” proqramında aparıcı Fatimə Xezr Heydərinin Mustafa Hicri ilə müsahibəsi zamanı diqqət çəkən iddialar səsləndirilib. Proqramda əsasən İran Kürdüstan Demokrat Partiyasınin silahlı fəaliyyəti müzakirə olunub. Mustafa Hicri bildirib ki, partiyasının silahlı fəaliyyəti hazırda dayandırılıb, lakin silahlı mübarizənin tamamilə başa çatdığını düşünmür və bunun gələcəkdə …

Ətraflı oxu »

Böyük hissəsi türklərin ərazisi olan Rusiyanın 5 yerə parçalanacağı proqnozlaşdırılır

GADTB: Süni intellekt ChatGPT böyük hissəsinin türklərin ərazisi olan Rusiya Federasiyasının mümkün dağılması ilə bağlı ekspert rəylərini təhlil edib və onun yerində hansı beş müstəqil dövlətin yarana biləcəyini proqnozlaşdırıb. Bildirilir ki, bununla bağlı “Telegrаf” nəşri neyron şəbəkəsinə müvafiq sorğu göndərib. ChatGPT-yə görə, ekspert dairələrində aşağıdakı potensial formasiyalar ən çox qeyd …

Ətraflı oxu »

Güney Azərbaycanın Makı şəhərində Makı xanının heykəli ucaldılıb

GADTB: Güney Azərbaycanın Makı şəhərində Makı xanı Murtuzaqulu xan Bayatın (İqbalüs-Səltənə) heykəli ucaldılıb. Makı Sərdarı kimi tanınan Murtuzaqulu xan Bayatın xatirəsinin əbədiləşdirilməsi yerli əhalinin müraciətləri əsasında baş tutub. 1863-cü ildə anadan olan və Makı xanlığını son nümayəndəsi kimi 1922-ci ilə qədər yerli hakimiyyətin başçısı olan Murtuzaqulu xan Bayat, Makı və …

Ətraflı oxu »

Əhərin Əngird kəndinin gəncləri “Mehr Əsl” mədəninin fəaliyyətinə etiraz ediblər

GADTB: Əhərin Əngird kəndindən olan bir qrup gənc Mehr Əsl mədəninin girişində etiraz aksiyası keçirərək yerli sakinlərin işə götürülməməsinə, mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyana və mədən istismarçısının sosial öhdəliklərini yerinə yetirməməsinə etiraz ediblər. Etirazçılar bildiriblər ki, mədən kənd ərazisində yerləşməsinə və uzun illərdir faydalı qazıntılar çıxarılmasına baxmayaraq, yerli əhalinin …

Ətraflı oxu »

SEPAH-a bağlı media atom bombasının istehsalını İslam Respublikasının yeganə çıxış yolu hesab etdi

GADTB: İran İslam İnqilabının Keşikçiləri Korpusuna bağlı Fars Xəbər Agentliyi qeydində yazıb ki, İslam Respublikasının “yeni qlobal nizama keçid” dövründə hökumətə qarşı hərbi variantı müzakirə masasından çıxarmaq üçün nüvə bombası əldə etməkdən başqa çarəsi yoxdur. Bazar günü “Atom bombası hazırlamaqdan başqa çarə yoxdur” başlığı ilə dərc olunan bu qeydə əsasən, …

Ətraflı oxu »

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında aclıq aksiyasına başlayıblar

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari bu gün, 8 tir 1405 tarixində ailələri və yaxınları ilə əlaqə saxlayaraq bildiriblər ki, 7 tir tarixindən etibarən aclıq aksiyasına başlayıblar. Onların bildirdiyinə görə, aşağıdakı tələbləri yerinə yetirilənədək aclıq aksiyasını davam etdirəcəklər: ayrı-ayrı bölmələrə köçürülmələrinin dayandırılması;məhbusların cinayət növlərinə …

Ətraflı oxu »

Təbriz səhiyyə işçiləri əmək haqqı ayrı-seçkiliyinə etiraz edir

GADTB: Təbriz Səhiyyə Mərkəzinin əməkdaşları Təbriz Tibb Universitetinin qarşısında toplaşaraq maaşların ödənilməsində ayrı-seçkiliyə və bəzi sosial ödənişləri ala bilməmələrinə etiraz ediblər. Etirazçılar əllərində plakatlarla məsul şəxslərdən onların sosial-rifah vəziyyətinə diqqət yetirilməsini və maaşların ödənilməsi sistemindəki problemlərin aradan qaldırılmasını tələb ediblər. Onlar əməkhaqqı və əlavə ödənişlərlə bağlı mövcud fərqlərin aradan qaldırılması, …

Ətraflı oxu »

Azərbaycan İsrailin qondarma “erməni soyqırımı”nı tanımasını pisləyir

GADTB: İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. “1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və …

Ətraflı oxu »

Britaniya İranla ticarət aparan şirkətlərin cərimələnməsi imkanını araşdırır

GADTB: Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsinin rəhbəri Qaylz Tomson “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, qurum qanunsuz şəkildə İranla ticarət aparmış şirkətlərə qarşı cərimələrin tətbiqi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, son aylarda İranla bağlı sanksiyaların əhatə dairəsi genişləndirilib və Maliyyə Sanksiyalarının İcrası İdarəsi mümkün sanksiya pozuntularına dair işləri …

Ətraflı oxu »