Təbrizdə “Türk ədəbiyyatı və mədəniyətində gülüş, tənz və yumor” kitabının təqdimat mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən noyabrın 12-də Təbrizin Neft-kimya salonunda Əli Poladın qələmə aldığı “Türk ədəbiyyatı və mədəniyətində gülüş, tənz və yumor” əsərinin təqdimat məasimi keçirilib.

7 cildlik kitabda İranda son min ildə 600-dən çox türk yazıçı və şairin satirik şeir və nəsr nümunələri toplanılıb.

Əli Polad əsər barədə deyib: “Dünya üzrə birinci dəfədir ki, başqalarına gülmək deyil, insanları güldürmək məqsədi ilə belə bir böyük əsər qələmə alınıb. Əsərin birinci bölümü bir çoxları üçün cazibədar və gülməli olmaya bilər. Bu, dil, adət-ənənə və mədəniyyətdə baş verən dəyişiklərlə əlaqədardır”.

Mərasimdə şeirlər oxunub, aşıq mahnıları ifa olunub. İştirakçılar həmçinin satirik şeir yazan Azərbaycanın görkəmli şairi Hüseyn Kərimi Marağalının yaradıcılıq gecəsi keçirilib.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …

Bir cavab yazın