Türkiyədə erməni yalanlarını ifşa edən azərbaycanlı alim

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində 9-cu Atatürk Konqresi işə başlayıb.

Noyabr 15-dək davam edəcək tədbirə dünyanın 7 ölkəsindən 100-dən artıq tarixçi-tədqiqatçı və elm adamı qatılıb.

Tədbirdə Ərciyəs Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı Mehdiyevin “Erməni düşüncə sistemində Atatürkün şəxsiyyəti və erməni ictimaiyyətinə düzgün tanıdılması” mövzusunda məruzəsi dinlənilib. Professor məruzəsində təəssüflə vurğulayıb ki, Ermənistanda çap olunan kitablarda və mətbuat orqanlarında Atatürk öz millətinin lideri və xilaskarı kimi deyil, ermənilərin düşməni kimi təqdim olunur. Alim təkzibolunmaz faktlar və elmi mülahizələrlə əsaslandırıb ki, Türkiyə Cümhuriyyətinin qurucusuna qarşı müxtəlif dövrlərdə atılan iftiralar bu gün də davam etməkdədir.

Məruzəçi Ermənistanda yayımlanan bir neçə kitabdan konkret misallar gətirib.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …

Bir cavab yazın