Bazar ertəsi , Sentyabr 28 2026
azfa

İran adlanan ölkədə diktator rejim əleyhinə farsların etirazları üçüncü günə daxil olub-video

İran adlanan ölkədə diktator hakimiyyətə qarşı etirazlar üçüncü gününə daxil olub. Məşhəd şəhərindən başlayan etirazlar onlarla fars və yarı-fars şəhərlərinə yayılıb. Bu gün isə əsas Tehran, Şəhrkürd və digər şəhərlərdə etirazlar başlayıb.

Bu gün Tehranda şəhərin İnqilab meydanında etiraz aksiyası başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri gəlib. Daha sonra aksiya Tehran Universitetini də əhatə edib. Etirazçı kütlənin Vəliəsr meydanında toplaşmağa hazırlaşdığı bildirilir.

İran Ali Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Nəqavi ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: “Biz bunları həll etməliyik, lakin düşmənlərin bu problemlərdən istifadə etməsinə imkan verməyəcəyik”.

Rejimin daxili işlər naziri Rəhman Fəzli isə kiberməkanda etirazlara çağırışların səsləndiyini və bunun qanunsuz olduğunu bəyan edib. O, insanları aksiyalara qoşulmamağa çağırıb.

Dekabrın 29-da kütləvi aksiyanın keçirildiyi Kirmanşahda kütlənin bu gün də meydana toplaşmağa başladığı xəbər verilir. Şəhri-Kord şəhərində isə təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.

Qeyd edək ki, dekabrın 29-də Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları keçirilib. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Məşhəddə kütlə “Nə Qəzza, nə Livan, canım İrana qurban!” deyə qışqırıb. Bu şəhərdə 52 nəfər saxlanılıb.

Qeyd edək ki, Azərbaycan türkləri irqçi farsların qatı türk düşməni olduğu üçün onların etirazlarına dəstək vermirlər.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın