Daha bir neçə azərbaycanlı şəhidin kimili məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu qüvvələrinin etirazlarda gülləboran edərək şəhid etdiyi daha bir neçə azərbaycanlının adları məlum olub.

Şəhid edilən azərbaycanlılardan biri əslən Kəleybərin Palıtlı kəndindən olan və Şəhriyar şəhərinin Nəsirabad məntəqəsində etirazlar zamanı rejimin qüvvələri tərəfindən güllələnən Mehran Zahididir.

Digər azərbaycanlı şəhid isə 24 yaşlı, müharibə əlili övladı olan Məhəmmədəmin Allahquludur. O da etirazlar zamanı Kərəcin Fərdis bölgəsində rejimin snayperləri tərəfindən güllələnmişdir.

Digər azərbaycanlı şəhid isə Germi şəhərinin Çüngünəş kəndiondən olan Behzad Səfərzadədir. O da Kərəc şəhərində rejimin terrorçu qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilmişdir. Məlumata görə Behzad yalnız kənardan durub etirazlara baxırnmış və heç bir günahı olmadan rejimin terrorçu qüvvələri tərəfindən güllələnib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın