Cümə axşamı , Oktyabr 22 2026
azfa

Sürgün edildiyi üçün azərbaycanlı fəal Siyamək Mirzai məhkəməsinə qatıla bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qain şəhərinə sürgün etdiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzaini Tehranda mühakimə edib.

Rejimin təşkil etdiyi saxta məhkəmə iclası dekabrın 1-də rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilib. Lakin azərbaycanlı fəal başqa şəhərdə sürgündə olduğu üçün məhkəmədə iştirak edə bilməyib.

Rejim saxta ittihamlarla Siyamək Mirzaini “Sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırıb. Azərbaycanlı fəal Tehranın Evin zindanında həbs müddətini qurtarmağa 3 gün qalmış rejimin ETTELAAT məmurları şərləməsi nəticəsində ona məhkəmə işi açılıb.

Rejim fəalın haqlı etirazlarını ona qarşı ittihama çevirib və bu yolla onu daha çox həbsdə saxlamağa çalışır. .

Qeyd edək ki, Siyamək Mirzayi 4 aydan çoxdur Cənubi Xorasanın Qain şəhərində sürgün həyatı yaşayır. Fəal bundan öncə isə Evin zindanında 3 illik həbsdə saxlanılıb.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın