Şənbə , Sentyabr 26 2026
azfa

Rejim azərbaycanlı fəal Yaşar Nikrunu məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycan milli fəal Yaşar Nikrunu Rəştdə yerləşən İnqilab Məhkəməsinə çağırılıb.

Artıq rejimin məhkəmənin 14-cü şöbəsi fəala çağırış vərəqəsi göndərərək, ondan 5 gün ərzində məhkəməyə müraciət etməsini istəyib.

Məlumata görə artıq Yaşar Nikru bugün məhkəməyə müraciət edib, barəsində səsləndirilən ittihamlarla bağlı özünü müdafiə edib.

Hələlik hansı ittihamların irəli sürüldüyü barədə heç bir xəbər yoxdur.

Qeyd edək ki, Yaşar Nikru sonuncu dəfə Rəştdə irqçi fars rejimin ETTELAAT İdarəsi tərəfindən tutulmuşdu. Fəal 16 gün saxlandıqdan sonra zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Tramp İranın 7 günlük atəşkəs təklifini rədd edib

GADTB:  ABŞ prezidenti Donald Tramp Tehranın yeddi günlük atəşkəs təklifini rədd edib. Bu barədə “The …

Təbrizdə vəkil və qadın hüquqları fəalı Zəhra Nəqşinənin vəziyyəti barədə məlumat verilmir

GADTB: Şərqi Azərbaycan əyalətində vəkil Zəhra Nəqşinənin saxlanılmasından iki həftədən çox vaxt keçməsinə baxmayaraq, onun …

Bir cavab yazın