Michelle Bachelet: “öldürmək məqsədilə etirazçılara atəş açılıb”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin insan hüquqları üzrə ali komissarı Michelle Bachelet dekabrın 6-da bəyanat yayaraq, İranda etirazçılara öldürmək məqsədilə atəş açıldığıbı bildirib.

Bəyanatda irqçi fars rejimin ölkədə baş verən son etirazlarda dinc etirazçılara qarşı həyata qanlı repressiyaların miqyasının öyrənilməsi üçün müstəqil və tərəfsiz bir araşdırmanın aparılmasını tələb edib.

Michelle Bachelet deyib ki, İran rejiminin etirazlarda öldürülənlərlə bağlı şəffaf əməl etməməsi beynəlxalq ictimaiyyətin ciddi nigaranlığına səbəb olub: “İrandakı etirazlarda qətlə yetirilənlərin sayı barədə rəsmi açıqlama verilməməsi, şəffaflığın təmin edilməməsi, eləcə də etirazlardan sonra kütləvi həbslərin davam etdirilməsi və tutulanlarla kobud davranılması bizi ciddi nigaran edib.

Bundan başqa, etirazlarla əlaqədar həbs edilənlərin saxlanma şəraiti və onların ağır ittihamlarla işgəncəyə məruz qoyulması və ya edama məhkum edilməsi ehtimalı dünya ictimaiyyətinin nigaranlığına səbəb olan digər amillərdir. İranda internetin yenidən bərpa olunmasından sonra hökumət qüvvələrinin etirazçılara qarşı zorakılığı ilə bağlı yayılan şəkillər və videolar əzabvericidir. Mən isə İran rəsmilərindən əsassız ittihamlarla özbaşına olaraq həbs edilənlərin dərhal azadlığa buraxılmasını və tutulanlarla ədalətli davranılmasını tələb edirəm.

Bizə çatan məlumatlara əsasən, rejimin qüvvələri şəhərlərdən birində ədliyyə binasının damından, digər bir şəhərdə isə helikopterdən etirazçılara atəş açıblar. Həmçinin İranın təhlükəsizlik qüvvələri etirazlarda polis əlindən qaçan dinc etirazçıları arxadan hədəfə alıb, ya da onların başına və üzünə atəş açıblar. Bu isə onu göstərir ki, rejim qüvvələri etirazçıları öldürmək məqsədilə atəş açıblar. Bu da beynəlxalq insan hüquqları normalarına zidd addımdır və qəbuledilməzdir”.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın