Türkiyəyə qarşı Misir, Yunanıstan və Cənubi Kipr birləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Misir, Yunanıstan və Cənubi Kipr Türkiyəyə qarşı birləşib.

Türkiyənin Şimali Aralıq dənizindəki son razılaşması 3 ölkəni Türkiyəyə qarşı birləşdirib.

Xarici İşlər nazirləri səviyyəsində toplanan ölkələr Türkiyənin Aralıq dənizindəki planlarını əngəlləmək məqsədilə atılacaq addımların koordinayası məsələsində razılaşma əldə ediblər. Belə ki, 3 ölkə bundan sonrakı işlərində birgə hərəkət edəcək və Türkiyənin regional fəaliyyətlərinin qarşısını almağa çalışacaq.

Bundan başqa, Cənubi Kiprin lideri Nikos Anastasiadis Misir prezidenti Əbdülfəttah Sisi ilə telefonda danışıb. Müzakirədə Türkiyənin Şərqi Aralıq dənizindəki addımları və Türkiyə-Liviya razılaşması gündəm olub. Görüşlə bağlı açıqlama verən Cənubi Kiprin hökumət sözçüsü Kyriacos Koushos liderlərin həmfikir qaldıqlarını açıqlayıb. O, Sisinin Türkiyənin Liviyaya göndərəcəyi ordunun bölgədə qeyri-sabitliyə səbəb olacağını söylədiyini qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın