Çərşənbə axşamı , May 7 2024
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Əli Əzizini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Əli Əzizini Urmiya şəhərində yaxalayıb.

Bu məqsədlə rejimin təhlükəsizlik qüvvələri fevralın 23-də azərbaycanlı fəalın ata evinə hücum edərək onu yaxalayıblar.

Azərbaycanlı fəalın valdeyinləri, rejimin təhlükəsizlik qüvvələrinin məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstəriblər. Lakin rejimin məmurları fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparıblar.

Əli Əzizininin hansı səbəbdən yaxalanması barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, Əli Əzizi bundan əvvəl də Azərbacan türk millətinin hüquqları uğrunda mübarizə apardığı üçün dəfələrlə yaxalanıb və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın