Cümə , Sentyabr 25 2026
azfa

Morqan Ortaqus İranda əhalinin yenidən rejimin səriştəsizliyi və yalan danışması ilə qarşı-qarşıya qaldığı bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus martın 6-da “Fox News” telekanalına müsahibəsində molla rejiminin koronavirusla bağlı yalan məlumat verməsindən və səriştəsizliyindən danışdı.

Ortaqus deyib ki, İran rejimi ölkə səmasında vurulan Ukraynanın sərnişin təyyarəsi ilə bağlı həqiqətləri ört-basdır etdiyi kimi, hazırda da koronavirusla bağlı ölkədə baş verən faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır: “Təəssüflər olsun ki, İranda yaşayan əhali virusun yayılması ilə bağlı yenidən rejimin səriştəsizliyi və yalan danışması ilə qarşı-qarşıyadır.

Rejimin öz rəsmilərinin bir neçəsinin koronavirusa yoluxmasına baxmayaraq, İran hakimiyyəti məsələ ilə bağlı yenə şəffaf davranmır. İran rejimi Sepah raketləri ilə vurulan Ukraynanın sərnişin təyyarəsi ilə bağlı həqiqətləri ictimsiyyətə açıqlamaqdan boyun qaçırdığı kimi, indi də ölkə əhalisini həqiqətdən yayındıraraq, hakimiyyət rəhbərlərinin səriştəsizliyini xalqdan gizlətməyə çalışır”.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Bir cavab yazın