Cümə axşamı , May 7 2026
azfa

Türk ordusu “Sülh çeşməsi” bölgəsində daha 24 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə hərbçilərinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı apardıqları bölgədə terrorçulardan ibarət qrup zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, separatçı terror təşkilatı YPG/PKK-dan Suriyadakı “Sülh çeşməsi” bölgəsinə girməyə çalışan 24 terrorçu Türkiyə hərbi birliklərinin əməliyyatı nəticəsində zərərsizləşdirildi.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir: “Terror təşkilatı PKK/YPG-nin “Sülh çeşməsi” bölgəsindəki sülh və təhlükəsizlik atmosferini pozmaq cəhdinin qarşısı qəhrəman komandirlərimiz tərəfindən alındı. 24 PKK/YPG terrorçusu müvəffəqiyyətli bir əməliyyatla hədəflərinə çatmadan zərərsizləşdirildi.”

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …

Bir cavab yazın