Çin uyğur türklərinin kökünü kəsmək üçün uyğur qadınları məcbur qısırlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çində koronavirusun yayılması uyğurlara qarşı işgəncə, təzyiq faktlarını bir az kölgədə qoymuşdu.

Qərb mətbuatı yenə Asiya dövlətində türk xalqına zülm edilməsindən danışmağa başlayıb. “Deutsche Welle”nin reportajında Çində uyğur qadınların məcbur qısırlaşdırılmasından söz açılıb.

İlk dəfə xəbəri gündəmə “Associated Press” gətirmişdi. ABŞ-ın media orqanı bununla bağlı konkret sənədlər əldə etdiyini açıqlamışdı.

“Deutsche Welle” uyğur qadın Zümrüd Davudla söhbətləşib. O, uyğurlar üçün nəzərdə tutulduğu düşərgədə iki ay qalıb. Qadın qısa müddətdə orada böyük işgəncə gördüyünü bildirir. Üç uşaq anası düşərgədə qısırlaşdırıldığını söyləyir.

“Uşaqlığımı çıxardılar. Qadın kimliyimi əlimdən aldılar. Bir daha ana ola bilməyəcəyəm”, – uyğur qadın danışır.

Qazax əsilli Gülnar Omirzak da üç uşaq anasıdır. Düşərgəyə düşməmək üçün çoxlu pul ödəməli olub. Onun sözlərinə görə, Sincan-Uyğur muxtar rayonunda (Şərqi Türküstanda) yaşayan qadınlar abort etdirməyə vadar olunur: “Çoxu qorxudan uşaq doğmamağa çalışır”.

Mütəxəssislərin fikrincə, Çin ölkədəki müsəlman kəsimin sayının çoxalmasından narahatdır. Ümumiyyətlə Çin uyğur türklərinin kökünü kəsməyə çalışıb və bu türklərə qarşı soyqırımı siyasəti yeritməkdədir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın