Azərbaycanlı fəallar Milad Hacılu və Məhəmməd Əbazəri Xoy zindanına köçürülüblər

GADTB-nin Mətbuat Mərkəzinin Xoydan 50 Milyon-a istinadən yaydığı məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Milad Hacılu və Məhəmməd Əbazəri 9 gün Xoyda irqçi fars rejiminin Təhlükəsizlik İdarəsində qaldıqdan sonra 2018-ci il yanvar ayının 17-də Xoy zindanının müvəqqət bölməsinə köçürülüblər.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar Milad Hacılu və Məhəmməd Əbazəri Güney Azərbaycanın Xoy şəhərindəndirlər. Onlar yanvar ayının 9-da naməlum səbəblərə görə İran rejiminin təhlükəsizlik orqanları tərəfindən yaxalanmışdılar.

Fəalların yaxınlarının dediyinə görə, onların həbsinin Xoy şəhərində son etiraz aksiyası ilə bağlı olması ehtimal edilir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın