Cümə axşamı , İyun 18 2026
azfa

Rejim azərbaycanlı fəal Bəhmən Nəsirzadə həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Makı şhərində yerləşən Cinayət Məhkəməsinin 2-ci şöbəsi azərbaycanlı müəllim, şair və milli-mədəni fəal Bəhmən Nəsirzadəni tərəfindən 3 ay 1 gün həbsə məhkum edib.

Rejimin məhkəməsi azərbaycanlı fəalı şərləyərək “yalan və iftira yaymaq”da ittihamı etmişdir. Çıxarılan həbs qərarının icrası isə fəalı tam nəzarət altında saxlamaq məqsədilə 3 il müddətinə təxirə salınıb.

Azərbaycanlı fəal daha öncə həmin ittihamdan bəraət qazanmışdı. Lakin rejimin Makıdakı sərhəd qüvvələrindəki əlaltısı komandanı Şirzad Hacızadənin etirazı bəraət qərarı ləğv edilib.

Qeyd edək ki, azərbaycanlı müəllim bundan öncə İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında antitürk və Antiazərbaycan yazıların olduğuna etiraz etdiyi üçün 2 il müddətinə Zəncan vilayətinin Qeydar şəhərinə sürgün edilməyə məhkum edilmişdi. Azərbaycanlı fəal milli-mədəni fəaliyyətlərinə görə şərlənərək saxta ittihamlarla bir neçə dəfə zindana salınmışdı.

Bəhmən Nəsirzadə “Azərbaycanın dilbər guşəsi Daşmakıdan neçə şair”, “Tomirs ana”, “Arazın seçilmiş əsərləri” və “3 dilli Araz lüğəti” əsərlərin müəllifidir.

Həmçinin yoxlayın

Molla rejimi məşhur türkmən futbolçunun “Porsche”si müsadirə edib

GADTB: Dünən Kerman şəhər polisi türkmən futbolçu Sərdar Azmunun aktivləri siyahısında yer alan lüks Porsche …

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail …

Bir cavab yazın