Rejim Miladı İsmayılzadəni ETTELAAT-a, Cəfəri ismayılzadəni zindana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbsdən məzuniyyətə buraxılmış azərbaycanlı milli-mədəni fəal Milad ismayılzadəni ETTELAAT İdarəsinə çağıdı.

Oğlu Miladla birlikdə həbs edilmiş və birlikdə məzunmiyyət buraxılmış Cəfər İsmayılzadə isə koronavirusun tüğyan etdiyi bir dövrdə həbsinin davamını çəkmək üçün rejim tərəfindən yenidən zindana çağırılıb.

Qeyd edək ki, iyunun 6-da azərbaycanlı milli fəal Cəfər İsmayılzadə və oğlu Milad 6 aylıq həbs cəzasını çəkmək üçün zindana salınmışdılar.

Ata və oğul İsmayılzadələr 2019 may ayının 29-da rejimin terrorçu Sepahının təhlükəsizlik qurumu tərəfindən yaxalanıb, 5 gün sorğu-sual edildikdən sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında zaminə buraxılmışdılar.

Azərbaycanlı fəallar şərlənərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən keçən ilin avqust ayında 6 ay həbsə məhkum edilmişlər. İsmayılzadələrin şikayətinə baxan Şərqi Azərbaycan vilayətində yerləşən Apellyasiya məhkəməsi də daha sonra hökmün qüvvədə saxlanılmasına dair qərar çıxardı.

Azərbaycanlı fəallar “bölücü elanlar yayıb və ümumi məkanların lövhələri üzərində şüarlar yazaraq sistemə qarşı təbliğat aparmaq”da ittiham olunmuşlar.

Cəfər İsmailzadə Kikboksinq Federasiyasının rəsmi hakim və məşqçisidir. Oğlu Milad İsmailzadə isə kikboksinq üzrə ölkə və beynəlxalq turnirlərində çempionluq medalları qazanmışdır.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın