Çərşənbə , Noyabr 18 2026
azfa

Azərbaycanlı alim koronavirusa qarşı peyvənd hazırladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və o, insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Turkustan.info Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb.

Alim açıqlamasında laboratoriyada xüsusi olaraq istehsal etdikləri tütün bitkisi ailəsinə aid olan “Nicotiana Benthamiana” üzərində yeni nəsil peyvəndləmə işləri apardıqlarını bildirib. Qeyd edib ki, istehsal etdikləri peyvəndin bir dozası COVID-19-a qarşı xüsusi immunitet yaradır.

Bu istiqamətdə iki peyvənd inkişaf etdirdiklərini deyən T.Məmmədov qazandıqları nəticələrin son dərəcə uğurlu olduğunu bildirib:

“İstehsal etdiyimiz peyvəndin namizədlərinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd namizədlərini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir”.

T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …

Bir cavab yazın