Azərbaycanlılar rejimin Azərbaycanın Tikantəpə şəhərini Kürdüstan adlandırmasına etiraz edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin, xüsusilə irqçi Ruhani hakimiyyətinin Güney Azərbaycanın Tikantəpə şəhərini Kürdüstan kimi təqdim etməsi azərbaycanlıların ciddi etirazı ilə qarşılaşıb.

Azərbaycanlı fəallar sosial şəbəkələrdə geniş şəkildə irqçi rejimin Azərbaycanı Kürdüstanblaşdırma istiqamətində bu qeyri-insanı hərəkətinə etiraz edirlər.

Qeyd edək ki, İranın Şəhərsalma və Yol naziri Məhəmməd İslami Azərbaycanın Tikantəpə bölgəsini Kürdüstan adlandırmışdı.

İsfahanlı nazir Səhiyyə, eləcə də Şəhərsalma və Yol nazirliklərinin hazırladığı layihələrin açılış mərasimində çıxış edərkən Tikantəpəni Kürdüstan şəhərlərindən biri kimi təqdim edib. Video konfrans şəkilində keçirilən mərasimdə Həsən Ruhani də iştirak edib.

Qeyd edək ki, keçən həftə İranın səhiyyə nazirliyi rəsmiləri də Azərbaycan adını təhrif olunmuş şəkildə təqdim edərək “Şərqi Azər” sözündən istifadə ediblər.

İrqçi fars rejim Azərbaycanın Tikantəpə şəhərini Kürdüstan kimi təqdim edib

Publicerat av Ali Huseyn Söndag 20 september 2020

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın