Türkiyə Avropa İttifaqı ilə Yunanıstan və Kıbrıs məsələsini müzakirə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezident Rəcəb Tayyib Әrdoğan Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә Almaniya kansleri Angela Merkel ilә görüşüb.

Prezident Aparatının mәtbuat xidmәtinin verdiyi mәlumata әsasәn, videokonfrans formatında keçirilәn görüşdә Türkiyә-Aİ münasibәtlәri әhatәli şәkildә müzakirә olunub.

Şәrqi Aralıq dәnizindәki proseslәrlə əlaqədar Türkiyә vә Yunanıstanın araşdırma danışıqların başlamağa hazır olduğu ifadә edilib.

“Danışıqlar prosesində Yunanıstanın atacağı addımlar әhәmiyyәtlidir. Kıbrıs türklәri daxil olmaqla tәrәflәrin iştirakı ilә tәşkil edilacәk regional konfransda konstruktiv qәrarların qәbul edilәcәyinә inanıram”, – deyə, Türkiyə prezidenti deyib..

Әrdoğan bildirib ki, Aİ-nin Türkiyә ilә әmәkdaşlığını güclәndirmәsi regional problemlәrin hәllinә töhfә verәcәk.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın