Rejimin məmurları azərbaycanlı milli fəal Abdulla Səduqini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəal Abdulla Səduqini yaxalayıb.

Məlumata əsasən, 15 mülki geyimli şəxs sentyabrın 23-də milli fəalın Təbrizdəki evinə hücum edərək onu yaxalayıb və özləri ilə aparıblar.

Azərbaycanlı milli fəalın hansı səbəbdən yaxalandığı barədə hələlik heç bir məlumat yoxdur.

Abdulla Səduqi dünən axşam yaxınları ilə qısa telefon əlaqəsində Təbrizdə ETTELAAT İdarəsinə aparıldığını deyib.

Abdulla Səduqi bundan öncə də milli-mədəni fəaliyyəti ilə bağlı rejim tərəfindən təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın