Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal Qulam Quluzadə azadlığa buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli- mədəni fəal Qulam Quluzadə Urmiyanın mərkəzi zindanından azadlığa buraxılıb.

Bir il həbsə məhkum edilən Urmiya sakini Qulam Quluzadənin cəzası apelyasiya məhkəməsi tərəfindən 3 ay 28 günə salındıqdan sonra milli fəal sərbəst buraxılıb.

Quluzadə mayın 18-də Urmiya məhkəməsinin qərarları icra edən şöbəsinə getdikdən sonra bir il həbs cəzasını çəkmək üçün zindana köçürülmüşdü.

Qeyd edək ki, Qulam Quluzadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən Babək Qalası Qurultayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Saxlanılan zaman fəal onlar tərəfindən möhkəm döyülmüşdü.

O, 25 gündən sonra mülki vəsiqə ilə cinayət işinin tamamlanması və məhkəmənin keçirilməsinə qədər zaminə buraxılmışdı.

Quluzadə Urmu İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” ittihamları ilə 5 il həbs cəzasına məhkum edilsə də daha sonra Urmunun Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi verilən cəzanın müddətini bir ilədək azaltmışdı.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın