Cümə axşamı , May 2 2024
azfa

Ermənilərdən daha bir rüsvayçı xiddia

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni sosial şəbəkə istifadəçiləri daha bir gülünc iddia irəli sürüblər.

Ermənilər bu dəfə Mingəçevir Su Elektrik Stansiyası yer alan xəritəni paylaşaraq, həmin obyekti “qədim Ermənistan krallığı” daxilinə “əlavə ediblər”.

Ermənilərin mənimsəmə prinsipilə yaşaması aydın idi, amma budəfəki iddia onların nəinki coğrafiya, həm də tarix və riyaziyyat bilgərinin yox dərəcədə olmasını göstərir.

Qeyd edək ki, Mingəçevir Su Elektrik Stansiyası (SES) Cənubi Qafqazda ən böyük elektrik stansiyasıdır və Azərbaycanın ən vacib enerji obyektlərindən biri hesab olunur. Hələ 1950-ci illərdə Kür çayında inşa edilib. Elektrik stansiyasında enerji istehsalını təmin edən və sahəsi 600 kvadratmetrdən çox olan su anbarı da yaradılıb. Bu, yalnız Azərbaycanı elektrik enerjisi ilə təmin etmir, həm də Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac etməyə imkan verir.

Elə isə necə olur ki, bu su elektrik stansiyası “qədim erməni xəritəsi”ndə qeyd olunur? Aydındır ki, ermənilər Mingəçevir SES-i saxta xəritədən çıxarmağı unudub. Onların bu xəritələri sosial şəbəkədə də yayılıb. Erməni saxtakarlığı bu dəfə özlərini ifşa etməyə xidmət edib.

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Bir cavab yazın