Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənilərin Tərtərə atdığı fosforlu bomba zərərsizləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Tərtər rayonuna atdığı fosforlu mərmi zərərsizləşdirilib.

Mərmilər ANAMA əməkdaşları tərəfindən təhlükəsiz ərazidə partladılıb.

Qeyd edək ki, ermənilər Tərtər rayonuna qadağan edilmiş fosforlu bomba atmışdılar.

Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.

Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.

Həmçinin yoxlayın

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …

Bir cavab yazın