Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Ermənistanın keçmiş baş prokuroru: “Azərbaycana 50 milyard dollar ödəməli olacağıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur”.

Bu sözləri Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan deyib. O bildirib ki, Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu:

“Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın cavabdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı.

İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu.

Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcə”.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın