Çərşənbə , İyun 17 2026
azfa

Türkiyə 4 ilə güclü hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Hava hücumundan müdafiə sahəsində 2025-2026-cı illərdə S-400 sistemləri səviyyəsinə çata bilərik”.

Bunu Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Demir “2020 Dəyərləndirmə və 2021 Hədəflər Toplantısı” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 “Yerli istehsal hava hücumundan müdafiə sistemi olan “Sipər” ilə bağlı 4 il vaxtımız var. 2025-2026-cı illərdə S-400 sistemləri ilə bağlı fəaliyyətlərdən gələn informasiyalarla birlikdə S-400 səviyyəsinə yaxınlaşa bilərik. Hava müdafiəsi texnologiyanın ən geniş tətbiq olunduğu sahələrdən biridir. Burada say üstünlüyü önəmlidir”, – nazir bildirib.

Qeyd edək ki, “S-400 Triumf” hava hücumundan müdafiə kompleksləri Rusiya istehsalıdır və dünyada analoqu yoxdur.

Həmçinin yoxlayın

ABŞ-la İran arasında razılaşma BMT-də təsdiqlənəcək

GADTB: “Bloomberg” ABŞ və İran arasında müzakirə olunan 14 maddəlik anlaşma memorandumunun layihəsini dərc etdiyini …

ABŞ İrana qarşı əməliyyatlarda hansı məqsədlərə nail oldu?

GADTB: Reuters agentliyi analitik hesabatında ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı müharibə ilə …