“Radiofərda”dan azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani barədə proqram-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Kiyanuş Aslani barədə proqram hazırlayıb.

Proqramda azərbaycanlı siyasi məhbus Kiyanuş aslaninin bioqrafiyası və fəaliyyətləri haqqında məlumat verilib:

Kiyanuş Aslani hazırda Tehranın “Ein” zindanının 8-ci bölməsində həbsdə saxlanılır.

Kiyanuş Aslani 2019-cu il fevralın 20-də Tehranda Beynəlxalq Ana Dili Günündə poster payladıqları üçün yaxalanıb.

Azərbaycanlı fəal Tohid Əmirəmini ilə birə Tehranda rejimin İnqilab Məhkəməsinin 26-cı şöbəsində şərlənərək “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək mühakimə edilmişlər.

Tövhid Əmir Əmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib. İkinci ittihamdan bəraət qazanan Kiyanuş Aslani isə birinci ittihama görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …