Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türkiyə uzaqmənzilli gəmi müdafiə raketi “Atmaca”nı uğurla sınaqdan keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmir fevralın 4-də uğurla sınaqdan keçirilmiş uzaqmənzilli milli gəmi müdafiə raketi “Atmaca”da əməyi olanları təbrik edib.

İsmail Dəmir “Twitter” hesabında Roketsan tərəfindən inkişaf etdirilən uzaqmənzilli gəmi müdafiə raketi “Atmaca”nın Sinopda test edilməsilə əlaqəli Roketsanı etiketləyərək, “İlk milli gəmi müdafiə raketimiz “Atmaca” milli gəmimiz “TCG Kınalıada”dan atışında hədəfi uğurla məhv etdi. Əməyi keçən hər kəsi təbrik edirəm. Qəhrəman ordumuza uğurlar” paylaşımı edib.

Qeyd edək ki, “Atmaca” adlı yeni raket Qara dəniz bölgəsində yerləşən Sinop vilayəti sahillərində uğurla sınaqdan keçirilib.

Hərbi Dəniz Qüvvələri komandanı, admiral Adnan Özbal, Sinop valisi Erol Karaömeroğlu, digər rəsmi şəxslər və hərbi heyət sınaq mərasimində iştirak edib.

Admiral Adnan Özbal milli istehsal olan yeni raketin imkanlarını yüksək dəyərləndirib.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …