Çərşənbə axşamı , May 7 2024
azfa

MAQATE İranın gizli şəkildə nüvə silahı hazırlamaq istədiyini ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Atom Enerjisi Beynəlxalq Agentliyinin inspektorları İranın gizli şəkildə nüvə silahı hazırlamaq üçün qanunsuz fəaliyyətini aşkar edib.

Atom Enerjisi Beynəlxalq Agentliyinin inspektorları bu istiqamətdə keçən ilin payızında İranın iki nüvə obyektindən götürülən nümunələrdə radioaktiv maddələrin izlərini aşkar ediblər.

Bunu “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb. İnspektorların məhz hansı maddə aşkar etdikləri hələlik açıqlanmır.

MAQATE-nin üzv dövlətlərə son tapıntılar barədə xəbər vermədiyi bildirilib. Hazırda təşkilatın aşkar edilən maddələrlə bağlı İrandan izahat tələb etdiyi vurğulanıb.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …