Cümə axşamı , Sentyabr 3 2026
azfa

Təbrizin Məqbərətüşşüəra bölgəsində tarixi tunel aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərinin tarixi Məqbərətüşşüəra (Şairlər məqbərəsi) kompleksində aparılan qazıntılar zamanı tarixi tunel aşkarlanıb.

Qədim tunelin yerləşdiyi istiqamət onun tarixi Qacar evinə doğru çəkildiyini göstərir. Qazıntı zamanı uçqun olduğu üçün tunelin Məqbərətüşşüəra tərəfdə olan girişinin bağlandığı şəkillərdən müşahidə edilir.

Tapıntının böyük əhəmiyyətə malik olmasına baxmayaraq aidiyyəti qurumlar və məsullar bununla bağlı heç bir açıqlama verilməyiblər.

Qeyd edək ki, Güney Azərbaycanın Təbriz şəhərində Məhəmmədhüseyn Şəhriyarın da basdırıldığı bu tarixi ərazinin çox hissəsi irqçi fars rejim tərəfindən dağıdılıb. Təcrübə əsasında yeni aşkarlanan tarixi tunelin də dağılacağı təhlükəsinin olduğunu söyləmək mümkündür.

Həmçinin yoxlayın

Netanyahu i24-ə müsahibəsində: İran rejimi süqut edəcək, biz onu devirəcəyik

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

BMT Təhlükəsizlik Şurası: İranda əhali hakimiyyətin qərarlarının qurbanıdır

GADTB: Fransanın BMT-dəki səfiri və sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Jerom Bonnafont bildirib ki, …