Cümə , Noyabr 13 2026
azfa

Gündəlik Arxivlər: Oktyabr 17, 2026

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları və hərbi əməliyyatların arxasında Vaşinqton, Moskva və Pekin arasında daha geniş rəqabət gedir. Bu rəqabət müharibənin taleyinə və dünyadakı güc balansına təsir göstərə bilər. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən ABŞ-ın «Soufan» analitik mərkəzi oktyabrın …

Ətraflı oxu »

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd ANKA-3 PUA-sını sifariş verib. Bildirilib ki, ANKA-3 qanadlı raketləri daşımaq və “hava-hava” döyüşlərində iştirak etmə qabiliyyətinə malik, görünməz (stels) PUA-ların yaradılması istiqamətindəki təşəbbüsün mərkəzi elementi olacaq. TUSAŞ rəsmilərinin sözlərinə görə, daha böyük gövdəyə və artırılmış …

Ətraflı oxu »

Bölgə sakinlərinin etirazlarına baxmayaraq, İran rejimi Azərbaycan sərvətlərinin talanına yenidən başlayıb

GADTB: Həsəno meşələri ətrafındakı kəndlərin, xüsusilə Kələm kəndinin sakinlərinin geniş etirazlarına və təbii sərvətlər və ətraf mühitin mühafizəsi qurumları tərəfindən icazələrin verilmədiyi barədə məlumatlara baxmayaraq, Qaradağ meşələrinin mərkəzinə mədən və yol tikintisi texnikalarının yenidən gətirildiyi, burada iş sahəsinin yaradıldığı bildirilir. Yerli məlumatlara əsasən, ərazidə aparılan kəşfiyyat işləri ilə əlaqədar Sünqün …

Ətraflı oxu »

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən əziyyət çəkdikdən və xəstəxanada müalicə aldıqdan sonra vəfat edib. Əslən Ərdəbildən olan və Tehranda yaşayan şair ömrünü Azərbaycan türkcəsində yaddaqalan, tənqidi və folklor ruhlu şeirlərin yaradılmasına həsr edib. Onun “Məzarıstan” adlı məşhur şeiri, eləcə də …

Ətraflı oxu »

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə bağlı qüvvələrə qarşı bəzi raket və pilotsuz uçuş aparatı hücumlarının hədəflərinin müəyyənləşdirilməsində də rol oynayıb. “The Wall Street Journal” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik məlumatları və husilərə qarşı koalisiyanın fəaliyyəti barədə …

Ətraflı oxu »

Yeni peyk görüntüləri Küləng dağı tunellərinin hələ də bağlı olduğunu göstərir

GADTB: Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu 7 oktyabr 2026-cı il tarixinə aid peyk görüntülərini yayımlayaraq bildirib ki, “Küləng dağı” adlandırılan yeraltı obyektin şərq və qərb girişləri hələ də bağlıdır. Bu kompleksə giriş məhdudiyyəti ardıcıl ikinci aydır davam edir. Mövcud vəziyyət obyektdə əməliyyat fəaliyyətinin və genişmiqyaslı tikinti işlərinin dayandırılmış ola biləcəyi …

Ətraflı oxu »

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış tarixi çinar ağacı Fındıqlı kənd dairəsi rəhbərliyinin razılığı ilə kəsilərək hissələrə bölünüb. Yayılan məlumatlara görə, ötən illər ərzində laqeydlik və lazımi qayğının göstərilməməsi səbəbindən ciddi zədələnmiş bu ağac kənddə sanitar qovşağın tikintisi üçün vəsait əldə …

Ətraflı oxu »