Cümə , Noyabr 13 2026
azfa

Gündəlik Arxivlər: Oktyabr 12, 2026

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam Respublikasının hərbi dəniz donanmasının məhv edilməsi istiqamətində öz fəaliyyətini əvvəlki ABŞ prezidentlərinin fəaliyyəti ilə müqayisə edib. “159 İran gəmisi” başlığı altında təqdim olunan şəkildə İran İslam Respublikasının əvvəlki prezidentlərin dövründə su üzərində olan hərbi gəmiləri …

Ətraflı oxu »

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında Azərbaycan barədə yalan məlumatların yer aldığı material dərc olunub.  Kanal Türkiyənin Diyarbəkir şəhərində guya hicablı azərbaycanlı qadınlara dəstək məqsədilə aksiya keçirildiyini iddia edən paylaşım yayıb.  Materiala müvafiq videoqeydlər da əlavə edilib. Lakin məlum olub ki, …

Ətraflı oxu »

Dəniz blokadasının İran ticarətinə təsiri: ticarətin həcmi 34 faiz azalıb, sərhədlərdə xərclər artıb

GADTB: İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri bildirib ki, cari ilin ilk altı ayında ölkənin xarici ticarətinin həcmi çəki baxımından 34 faiz, dəyər baxımından isə təxminən 20 faiz azalıb. O, bu azalmanı müharibə, dəniz marşrutlarına tətbiq olunan məhdudiyyətlər və limanlarda yaranan fasilələrlə əlaqələndirib. Məhəmmədəli Dehqan Dehnəvi mətbuat konfransında bildirib ki, müharibədən …

Ətraflı oxu »

Sepah hərbi təlimlər pərdəsi altında müharibəyə hazırlaşır

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün, bazar ertəsi, 20 mehr tarixində hərbi təlimlər çərçivəsində genişmiqyaslı raket atışları həyata keçirib. Yeni müharibənin başlama ehtimalının artdığı bir vaxtda SEPAH bu sınaqlarla hərbi hazırlığını gücləndirir. SEPAH bazar günü, 19 mehr tarixində də İran ərazisində iki mərhələdə sınaq raketləri buraxmışdı. İsrailin …

Ətraflı oxu »

BMT-nin xüsusi məruzəçisi İranda edamlara etiraz olaraq məhbusların aclıq aksiyasına qoşulur

GADTB: BMT-nin dinc toplaşmaq və birləşmək azadlığı üzrə xüsusi məruzəçisi Cina Romero oktyabrın 13-də, çərşənbə axşamı günü İran məhbusları ilə həmrəylik nümayiş etdirmək məqsədilə “Edamlara yox deyən çərşənbə axşamları” kampaniyası çərçivəsində keçirilən aclıq aksiyasına qoşulacağını açıqlayıb. Romero İran İslam Respublikasının müxalifləri susdurmaq üçün ölüm hökmündən istifadə etməsini tənqid edərək bildirib …

Ətraflı oxu »

Azərbaycanlı fəal Peyman Kərimpurun adına üç yeni elektron məhkəmə bildirişi yerləşdirilib

GADTB: Son günlərdə azərbaycanlı fəal Peyman Kərimpurun elektron məhkəmə bildirişləri sistemindəki şəxsi hesabına üç yeni elektron məhkəmə bildirişi yerləşdirilib. Bildirişlərin təfərrüatları aşağıdakı kimidir: Birinci bildiriş: 140530100034390823 nömrəli izləmə kodu ilə sentyabrın 19-u, şənbə günü (bildiriş tarixi: 1405/06/28) sistemdə qeydə alınıb. İkinci bildiriş (xatırlatma): Sentyabrın 26-sı, şənbə günü 140530100035872728 nömrəli elektron …

Ətraflı oxu »

Təbriz səhiyyə mərkəzlərinin tibb bacıları valilik qarşısında etiraz aksiyası keçiriblər

GADTB: 2026-cı il oktyabrın 11-də, bazar günü Təbriz şəhərindəki səhiyyə mərkəzlərinin bir qrup tibb bacısı ağır sosial-iqtisadi vəziyyətə və iş şəraitində açıq ayrı-seçkilik hesab etdikləri hallara etiraz olaraq valilik binasının qarşısında aksiya keçiriblər. Etirazçılar bu addımla sosial-iqtisadi tələblərinin nəzərdən keçirilməsini və iş yerlərində ayrı-seçkiliyin aradan qaldırılmasını tələb ediblər.

Ətraflı oxu »

Beş azərbaycanlı fəal həbs, sürgün və elektron xidmətlərdən məhrumetmə cəzasına məhkum edilib

GADTB: Azərbaycanlı fəallar Sima (Əkrəm) Əlipur, Nima Radməniş, Hüseyn İsmaili-Soməə, Salar Tahirəfşar və Vəhid Əbhəri İrənəq haqqında məhkəmə hökmləri çıxarılaraq onlara elan edilib. Yayılan məlumatlara əsasən, fəalların hər biri Zabol şəhərində bir il müddətinə həbs cəzasına, həmin şəhərdə iki il məcburi yaşayışa və iki il müddətinə elektron xidmətlərdən istifadə hüququndan …

Ətraflı oxu »