Bazar , Noyabr 15 2026
azfa

Putin Xameneinin məktubuna cavab verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Federasiyasının İrandakı səfiri Levan Caqaryan Putinin cavab məktubunu Əli Xameneiyə çatdırıb.

Bunu “TASS”a Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.

Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İran rəhbərinə təqdim edib: “Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.

İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı Xameneinin məktubunu Rusiya liderinə təqdim etmişdi.

Həmçinin yoxlayın

Türkmən Cəbhəsinin üzvü Qəhtan Vəndavi Kərkükün yeni valisi seçilib

GADTB: İraq Türkmən Cəbhəsinin üzvlərindən olan Qəhtan Vəndavi 2026-cı il noyabrın 14-də, şənbə günü Kərkük …

İlamda tarixi Taxt-xan kitabəsi bir qrup kürd tərəfindən dağıdılıb

GADTB: İlam ostanının Poştkuh bölgəsində Lor hakimlərinin valilik dövrünə aid tarixi yadigarlardan biri olan Taxt-xan …