Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində deyilir:

“Türkün şanlı tarixində qadın hər zaman çox böyük sayğı və ehtiramla anılmışdır. Türk xaqanları qadınlarını “O da mənim xanım və bəyim” deyə tanıdarmışlar. Bu da türk xanımının hər zaman yüksək ictimai mövqeyə malik olmasından xəbər verir.

Arxeoloji qazıntılar zamanı da Türk Dünyası və Azərbaycan ərazisindən tapılan Son Tunc və Erkən Dəmir dövrünə aid yüzlərlə silahlı qadın qəbirləri türk qadınlarının tarixdəki rolunu göstərir. Türk cəmiyyətinin təxminən yarısını təşkil edən xanımlar tarix boyu igid oğullar tərbiyə etməklə yanaşı, həm də türk kişisi ilə çiyin-çiyinə türk cəmiyyətinin inkişafında fəal iştirak etmişdir. Bu gün Güney Azərbaycanın istiqlal mücadiləsində də xanımların çox böyük rolunun olması təsadüfi deyildir.

Türk qadını bu gün Azərbaycan türk millətinin hüquqları və müstəqilliyi uğrunda mübarizə aparmaqla yanaşı İran adlanan yerdə məhdudlaşdırılmış ən adi hüquqlarını əldə etmək uğrunda da mübarizə aparmağa məcbur olmuşdur. Xanımlarımıza bu müqəddəs mücadiləmizdə uğurlar diləməklə, bütün türk qadınlarının, o cümlədən Azərbaycan xanımlarının və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

 Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …