Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Türkiyə ordusundan yeni qələbə

Türkiyə ordusu Afrində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində irəliləməyə davam edib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və ASO-nun hücumu nəticəsində Afrinin qərbindəki Hacı İsgəndər kəndi PKK-PYD terrorçularından təmizlənib.

Həmçinin terrorçuların türk ordusuna xain zərbəsi və 11 nəfəri şəhid etməsinə cavab olaraq türk ordusunun xüsusi təyinatlı dəstələri Afrində Ömər Uşağı və Mahal Uşağı ərazilərində genişmiqyaslı əməliyyata başlayıb.

Türk ordusu təxminən 380 nəfərlik terrorçu qrupunu ərazidə mühasirəyə alıb.

Məlumata görə, terrorçulara kömək edilməsi mümkün olan hər iki istiqaməti türk əsgərləri bağlayıb.

Qeyd edək ki, türk ordusu ötən gün 11 şəhid verib.

Həmçinin yoxlayın

İqtisadi təzyiqlər molla rejimi diplomatik səylərini sürətləndirməyə vadar edib

GADTB: “Reuters” iqtisadi böhranla bağlı yaydığı xəbərdə ABŞ, Yaxın Şərq və İran mənbələrinə istinadən bildirib …

Marko Rubio: İran rejiminin maliyyələşdirilməsi minlərlə insanın ölümündə rol oynayıb

GADTB: ABŞ dövlət katibi Marko Rubio milyonlarla insanın izlədiyi çıxışında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın …

Bir cavab yazın