Çərşənbə , Sentyabr 30 2026
azfa

Azərbaycanlı milli-mədəni fəaldan H.Ruhaniyə açıq məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri H.Ruhaniyə açıq məktub yazaraq, özünə qarşı həbs qərarına etiraz etməklə yanaşı Azərbaycan millətinə qarşı ayrıseçkilik, eləcə də Güney Azərbaycanda iqtisadi və ictimai vəziyyətin acınacaqlı olmasına etirazını bildirib.

Fəal açıq məktubunda İran adlanan ölkə hakimiyyətinin şovinist təfəkkürünün olmasına, türklərə qarşı ayrıseçkiliyin güclənməsinə və Güney Azərbaycanda ictimai böhranın baş verdiyinə toxunub.

Nuri məktubunda banklar və maliyyə müəssisələri tərəfindən əhalinin əmlakının qarət edildiyini, ziyalıların həbsdə olduğunu, Urmiya gölünün qurudulduğunu, türk gənclərin köçə məcbur edildiyini qeyd edib.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın