Cümə , Sentyabr 25 2026
azfa

Məlikan bələdiyyəsinin 26 işçisini işindən azad etməsi etirazla qarşılanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məlikan bələdiyyəsi ağır sosial vəziyyətin hakim olduğu dövrdə 26 işçini heç bir səbəb olmadan işdən azad edib.

Güney Azərbaycanın Məlikan şəhərində 26 nəfər bələdiyyə işçisinin xəbər verilmədən və təzminat ödənilmədən işdən çıxarılması etirazlarla qarşılanıb.

İşdən çıxarılanlar işçilər və fəallar sosial mediada başlatdıqları kampaniyada həmin işçilərin işdən çıxarılmasını sərt tənqid ediblər.

 Məlikanın bələdiyyə başçısı Vəhid Binabi verdiyi açıqlamada işdən çıxarılanların rəsmi şəkildə işə götürülmədiklərini və günəmuzd işlədiklərini deyib.

O bildirib ki, işçilərin uzaqlaşdırılması Şəhər Şurası üzvlərinin tələbi və qubernatorluğun göstərişi əsasında həyata keçirilib və bu məsələdə bələdiyyənin sadəcə icraçı rolu oynayıb

Həmçinin yoxlayın

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və …