Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

“Bayraktar TB-2”nin Qarabağ uğurunu müşahidə edən ABŞ öz döyüş taktikasını dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Bayraktar TB-2”nin Qarabağ uğurunu müşahidə edən ABŞ öz döyüş taktikasını dəyişəcəyi ilə bağlı “Foreign Policy” jurnalında dərc olunan məqalədən bəzi yarımbaşlıqları təqdim edirik…

Türkiyənin inkişaf etdirdiyi “Bayraktar TB-2” silahlı pilotsuz uçan aparatların müvəffəqiyyəti və ölkələri döyüş taktikalarını dəyişdirməyi düşündürməsi Amerika Birləşmiş Ştatları ordusunu da bu baxımdan yeni axtarışlara yönəldib. 

 “Foreign Policy” jurnalında dərc olunan məqalədən bəzi yarımbaşlıqları təqdim edirik: “Dağlıq Qarabağda silahlı pilotsuz uçan aparatları Ermənistanın hava müdafiə sistemləri və ağır zirehli qüvvələrini zərərsizləşdirdi. Artıq inkişaf etmiş ölkələr funksiyasız qalan döyüş taktikalarını yenidən qurmaq məcburiyyətindədir.

ABŞ ordusu daha Çin kimi rəqiblərə qarşı hava üstünlüyündən faydalana bilməz.

Aşağı gəlirli ölkələr silahlı pilotsuz uçan aparatlara bənzər az xərcli vasitələrlə çox sayda düşmən əsgəri öldürməyə qadirdir. 

ABŞ-ın müdafiə naziri olmuş Mark Esperin söylədiklərinə görə, Amerika müdafiə sənayeçiləri sükansız gəmilər hazırlamaq üçün araşdırma aparır və mühəndislik sahəsinə sərmayələrini artırmağa başlayıblar. Donanma və dəniz piyadası komandanlıqları insansız sistemlərin istifadəsi üçün yol xəritəsi düzəldiblər.

ABŞ ordusu Asimmetrik Hərbi Qrupunun başçısı olmuş polkovnik Skot Şoy (Scott Shaw) isə pilotsuz uçan aparatları “hava tankları” ifadəsi ilə qarşılaşdırıb və deyib: “Dağıdıcı zərbə vura bilən uçan zirehli aparatların məhv edilməsi çətinləşdikcə yerdəki əsgərlərin öldürülməsi daha da asanlaşır və döyüş meydanı qarovulu ucuzlaşır”.

Dağlıq Qarabağ müharibəsinin görüntülərini saatlarla araşdırdıqdan sonra ABŞ ordusu silahlı pilotsuz uçan aparatlarla bağlı təlimləri artırmağı qərara alıb”.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …