Cümə , Sentyabr 25 2026
azfa

Azərbaycan və Türkiyə ortaq investisiya fondu yaradır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan və Türkiyə arasında birgə investisiya fondunun təsis edilməsi prioritet sahələrdə həyata keçiriləcək və strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini təmin edə bilər.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə dair dəyirmi masada deyib.

“Bu ilin fevral ayında hökumətlərarası iqtisadi komissiya çərçivəsində əldə edilmiş razılığa əsasən, hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyə Varlıq Fondunun nümayəndələri arasında birgə fondun yaradılmasının imkanları üzrə müzakirələr aparılır və bu iş sürətlə irəliləyir”, – deyə nazir qeyd edib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …