Cümə axşamı , May 2 2024
azfa

Azərbaycan siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb

​​​​​​​ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Rza Vasiqi aprel ayının 7-də Ərdəbil zindanından bir həftəlik məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal martın 6-da 80 milyon tümən girov qarşılığında qısa müddətliyə məzuniyyət haqqından istifadə edə bilmişdi.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar 2020-ci il avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …