Qarabağ rəsədxanası niyə Moskvada təsdiqlənmədi?

12 aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Gün idi. Bu günün olmasında Azərbaycan alimlərinin və kosmonavtlarının da rolu böyükdür. Kərim Kərimov, Nadir İbrahimov, Füzuli Fərəcov kimi böyük şəxslərin adları  Kosmonavtika tarixinə qızıl hərflərlə yazılıb. Eyni zamanda Bəfadar Babayev, İzzətəli Ağayev, Firdus Kərimov, Nazim Quliyev kimi alimlərin də Sovet kosmonavtikasına xidmətlərini danmaa olmaz.

Azərbaycanda ilk dəfə Marağa Rəsədxanasının qurucusu olan Nəsrəddin Tusinin əldə etdiyi nəticələr dünya kosmos elmində bu gündə istifadə olunur.

1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədi ilə Azərbaycan SSR-də astronomik ekspedisiyaların aparılması məsələsi qərara alınır və Rusiya və Azərbaycan alimlərinin iştirakı ilə ölkəmizdə böyük Rəsədxana tikilməsi qərarı alınır. Səfər Şuşa, Laçın və Kəlbəcərə edilir. Burada səmada ulduzların görünməsi, havanın təmizliyi və kosmosda baş verən prosesləri izləmək daha asan olduğu qərara alınır. Tikiləcək rəsədxananın adının da Qarabağ Astrofizika Rəsədxanası olması barədə də razılıq verilir.

Lakin bu layihə Moskvada ilişib qalır. Ermənilər bu adda böyük elmi mərkəzin Şuşada yaradılmasına etiraz edirlər. Mikoyan və digər ermənilər ciddi cəhdlə rəhbərliyi inandırmağa çalışırlar ki, bu cürə mərkəzi Şuşada açmaq büdcəyə uyğun deyil eyni zamanda ərazinin Türkiyə və İrana yaxın olması gələcəkdə təhlükə yarada bilər. Yerli kadrların olmaması uzunmüddətli müşahidə işini təşkil etməyə imkan verməməsi və eyni zamanda Moskvada təcrübəli bu sahə üzrə mütəxəssis olmaması Qarabağ Astrofizika Rəsədxanası ideyasının gerçəyə çevrilməsinin qarşısını almışdır. Bizim tərəfdən buranın məhz seçilməsinin elmi isbatı Moskvada olmadığından layihə dayanmış və əsassız belə səbəb göstərilir. “astroiqlimi öyrənmiş alimlər bildirilər ki,  burada  buludsuz gecələrin sayının kifayət qədər olmaması layihənin icrasını dayandırdı”

Azərbaycan alimləri isə bununla razılaşmırlar və nəhayət uzun müddətdən sonra, 1953-cu ilin mart ayında Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunun nəzdində Hacıbəy Sultanovun rəhbərliyi ilə sonuncu arasıkəsilməz ekspedisiyalar təşkil olundu və münasib yerin Şamaxıda olması haqqında yekun qərar elə həmin ilin iyununda verildi.1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanası yaradılmışdır

Dosent Zaur Əliyev

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …