Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Rejimin məmurları Yusif Karini zindanda hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbil zindanındakı məmurları həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari zindanda zorakılığa məruz qalıb.

Azərbaycanlı siyasi məhbus aprelin 13-də ailəsi ilə qısa telefon əlaqəsində bu barədə məlumat verib. Fəal karantinin reabilitasiya bölməsinə köçürüldüyünü bildirib.

Azərbaycanlı siyasi məhbusun dediyinə görə, həmin gün zindan nəzarətçiləri gözlənilmədən 1-ci bölmədə yoxlama aparıb və təhqiramiz davranış və ifadələri ilə məhbusları təhqir ediblər. Onlar azərbaycanlı siyasi məhbus Yusif Karidən ağzını açmasını istəyiblər.

Fəal bunun səbəbini soruşduqda isə onu təhqir edib və fiziki zorakılıq göstəriblər. Bundan sonra zindanın reabilitasiya bölməsinin məsulu Noruzi azərbaycanlı siyasi məhbusu döyərək onun karantin bölməsinə köçürülməsinə göstəriş verib.

Yusif Kari Noruzinin onu barəsində yeni cinayət işinin açılmaqla bağlı onu təhdid etdiyini bildirib.

Noruzi azərbaycanlı fəalı hədələyərək deyib: “Rəhbəri və sistemi təhqir etmək ittihamı ilə məhkumluq dövrün uzadılacaq”, “həbsxananı sənin üçün cəhənnəmə çevirəcəyəm”.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …