Şənbə , Sentyabr 26 2026
azfa

Erməni terrorçularının qətlə yetirdiyi türk diplomatlarına sərgi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Rabitə Nazirliyi tərəfindən “ASALA” başda olmaqla erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatları üçün ABŞ-da xüsusi sərgi təşkil olunub.

Sərgi üçün ilk türk diplomat öldürüldüyü Los-Anceles şəhəri seçilib.

“ASALA” və “JCAG” (Justice Commandos of the Armenian Genocide) kimi erməni terror təşkilatlarının ilk dəfə türk diplomatlarını öldürdükləri Los Ancelesdə baş tutan sərgi 1973-1984-cü illər arasında erməni terror təşkilatlarının təhdid və hücumlarına baxmayaraq vəzifəsini yerinə yetirən türk diplomatlarına həsr olunub.

Sərgiyə Türkiyənin Los-Ancelesdəki baş konsulu Oğuz Can, Azərbaycanın buradakı baş konsulu Nəsimi Ağayev, Pakistan və Suriyanın nümayəndələri və çox sayda insan qatılıb.

O.Can 1973-cü ildə Los-Ancelesdə başlayan erməni terror dalğasının sonrakı illərdə də davam etdiyini və 30-dan çox diplomatın və yaxınlarının hədəf alındığını bildirib.

Sərginin yaxın günlərdə Vaşinqton və Nyu-Yorkda açılması gözlənilir.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …