Cümə axşamı , Sentyabr 24 2026
azfa

Avropa Birliyi Ermənistandan mina xəritələrini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa Birliyi Ermənistanı mina xəritələrini Azərbaycana təqdim etməyə çağırıb.

Birliyin bu gün yaydığı bəyanatda Azərbaycan və Ermənistandan mina xəritələri ilə bağlı əməkdaşlıq etməsi istənilib.

Bundan başqa, rəsmi Brüssel tərəfləri düşmənçilik və təhqir dolu ritorikadan çəkinməyə, əsirlərlə bağlı hərtərəfli əməkdaşlıq etməyə çağırış edib.

Xatırladaq ki, Ermənistanın Qarabağda minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi nəticəsində bu günə qədər 20-dən artıq Azərbaycan vətəndaşı həlak olub, onlarla insan isə yaralanıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …