Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxi Ərdəbil zindanında 2-ci böləməyə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxini Ərdəbil zindanında sağlıq bölməsindən 2-ci böləməyə köçürülüb.

Mehrdad Şeyxi bundan öncə isə tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin saxlandığı 7-ci bölmədə saxlanılırdı və ondan sonra isə sağlıq bölməsinə köçürülmüşdü.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi fevralın 27-də məhkəmə qərarlarının icrası idarəsindən aldığı bildiriş əsasında 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına salınıb.

Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

O, 2019-cu il, noyabrın 20-də Ərdəbildə atası evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada saxlanıldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə “sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzası verib. Lakin Apellyasiya Məhkəməsi bu müddəti  6 aya endirib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …