Cümə axşamı , Sentyabr 24 2026
azfa

Xankəndidə ermənilərin zabit hazırlayan hərbi məktəb bağlandi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun 44 günlük müharibədə inamlı qələbəsindən sonra Qarabağda yerləşdirilmiş işğalçı ordu tamamilə darmadağın edildi.

Xankəndidə yerləşən və separatçı qüvvələr üçün zabit hazırlayan yeganə hərbi təmayüllü lisey bağlanıb.

Xristofor İvanyanın adını daşıyan hərbi məktəb Rusiyadakı Suvorov adına hərbi məktəblərin analoqu idi. Hərbçi olmaq istəyən yeniyetmələr bu liseydə 11-ci sinfə qədər oxuduqdan sonra Ermənistan və Rusiyanın ali hərbi məktəblərinə daxil olurdu.

2020-ci ilin sentybarında liseydə 78 nəfər təhsil alırdı. Xristofor İvanyan adına lisey 2001-ci ildə yaradılıb. Lisey uzun illər Qarabağdakı separatçı rejimin qanunsuz hərbi birləşmələri üçün zabit heyəti formalaşdırmaq üçün əsas mərkəz rolunu oynayıb.

Sülhməramlıların nəzarət etdiyi ərazidə yeganə hərbi təmayüllü təhsil müəssisəsinin bağlanması bölgədə qanunsuz hərbi birləşmələrin sayının kəskin azaldılması və yaxın gələcəkdə ləğvinə hazırlıq prosesindən xəbər verir.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …