Urmiya gölünün bərpasının gecikməsi ciddi xəsarətlə nəticələnəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Gölünü Bərpa Qərargahının üzvü Məsud Təcrişi deyib ki, “Urmiya gölünün bərpası geciksə böyük xəsarət törədə bilər və toz-torpaq qasırğaları ölkənin qərb istiqamətinin kəndlərinin boşalmasına gətirib çıxaracaq. Energetika Nazirliyi bu il də Urmiya gölünün su haqqını verilməsini göz ardına qoyub. Bu il Urmiya gölü hövzəsində yağıntılar 20-35 faiz azalıb, bundan başqa gölün su haqqından 65 faizi verilməyib. Gölün indilik su tarazı min 271 metr 25 santimetrdir, su səthi isə 3 min 405 kubkilometrdir. Bu il də gölün su tarazı və səthinin azalması ilə yanaşı, həcmi də ötən ilə görə 1 milyard 300 milyon kubmetr azalmaqla 6 milyard kubmetrdən 4 milyard 700 milyon kubmetrə enib.”

Təcrişi eləcə də vurğulayıb: “Urmiya gölünun su tarazı və səthinin azalması gedişi, yağıntıların azaldığı və gölün su haqqının verilmədiyinə görədir. Biz hələ də su qaynaqlarını və yaşam çevrəsini idarə etməyi üstün tutmuruq.”

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …