Türkiyədə Kanal İstanbulun təməli atıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inşa ediləcək İstanbul kanalının üstündən keçəcək birinci körpünün tikintisinin təməlini qoyub.

Qeyd edək ki, Kanal İstanbul Bosfor boğazına paralel olaraq Mərmərə ilə Qara dənizi birləşdirəcək.

Kanal İstanbulun üstündən keçəcək 6 körpü inşa ediləcək. Kanalın uzunluğu 45 km, eni 275 metr, dərinliyi isə 21 metr olacaq.

Ərdoğan bildirib ki, İstanbul boğazından ildə 45 min gəmi keçir və boğazdan keçən gəmilər İstanbul şəhəri üçün təhlükə yaradır.

Onun sözlərinə görə, 2050-ci ildə boğazdan 78 min gəmi keçəcək:

“25 min gəminin təhlükəsizliyini təmin etmək olar. Bizim reallaşdıracağımız yeni layihə İstanbulu xilas edəcək”.

Türkiyə lideri qeyd edib ki, İstanbul kanalının dəyəri 15 milyard dollardır. Layihənin 6 ilə yekunlaşdırılması planlaşdırılıb.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …