Azərbaycanlı fəallar Abbas Lisaninin bannerini Savalan dağına asdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Abbas Lisaniyə azadlıq tələbilə onun və həyat yoldaşının bannerini bannerini Savalan dağının zirvəsinə asıblar.

Fəallar həmçinin Savalanın zirvəsini fəth etmələrini Abbas Lisaniyə sunublar.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü.

Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu bildirilib.

Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin dediyinə görə, onun dizinə su yığılır, belində də disk yırtığı var.

Azərbaycanlı siyasi məhbusun belə ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində zindan məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər.

Bildirək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Azərbaycanlı siyasi məhbusun həyat yoldaşı bu istiqamətdə çoxlu məşəqqətlərə dözməli olub.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …