Şənbə , Sentyabr 26 2026
azfa

Zindan rəsmiləri Şiri qardaşlarına məzuniyyət tələbini rədd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz zindanının rəsmiləri azərbaycanlı milli-mədəni fəal Əyyub və Davud Şiri qardaşlarının məzuniyyət hüququndan məhrum edib.

Azərbayca siyasi məhbus qardşalar bir müddətdir məzuniyyət üçün yazılı müraciət ediblər. Ancaq zindanın növbətçi hakimi siyasi məhbuslara məzuniyyət verməkdən imtina edir. Hakim qardaşlartın ittihamlarının təhlükəsizlik məsələləri ilə bağlı olduğunu iddia edib.

Azərbaycanlı qardaşlar Təbriz zindanının 12-ci bölməsində 6 aylıq həbs müddətini çəkməkdədirlər.

Qeyd edək ki, Davud və Əyyub Şiri qardaşları yanacağın bahalaşmasına görə 2019-cu ilin noyabr etirazlarında iştirak etməkdə ittiham edilərək həbs edilmişlər. Eyni zamanda azərbaycanlı fəallar Ruzbeh Piri, Məhəmməd Mahmudi, Əkbər Muhaciri, Şahin Bərzgər, Yaşar Piri, Nasir Xülusi, Babək Hüseyni Müqəddəm də Təbrizdə yaxalanmışlar.

Onlar 100 gün saxlandıqdan sonra 2020-ci il fevralın 26-da 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …